DTX Əli Kərimlinin evində axtarış aparır
Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparır.
Bu barədə sosial mediada AXCP-nin Fransada yaşayan fəalı Natiq Ədilov məlumat verib. Onun yazdığına görə axtarış eyni zamanda AXCP Ali Məclisinin katibi Məmməd İbrahimin də evində axtaış aparılır.
Məmməd İbrahimin oğlu Turan İbrahim sosial media hesabında bunları yazıb: “DTX evimizə basqın edib axtarış aparır. Nə atamla nə də anamla əlaqə saxlaya bilmirəm”.
Bütün bu baş verənlərin nədən qaynaqlandığı barədə hələlik rəsmi məlumat yoxdur. Partiya funksionerləri də ətraflı məlumat olacağını bildirirlər.
Hökumət mediası isə Ramiz Mehdiyevlə bağlı cinayət işi çərçivəsində Əli Kərimlinin evində axtarış aparıldığı barədə məlumat yayıb. AXCP sərdi də, onun funksionerəri də dəfələrlə Ramiz Mehdiyevlə bağlı əlaqələrinin olmadığını bildiriblər.
