Ölkə

DSX hərbçisinin başından güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun güllələnərək öldürüldüyü bildirilir.

Hadisə dekabrın 4-də baş verib.

Məlumata görə, Şamaxı rayonu Quşçu kənd sakini, 18 yaşlı əsgər Gülalıyev Əlikərim Qismət oğlu başının sağ nahiyəsindən güllə ilə vurularaq öldürülüb.

Ailəsinə hadisənin başvermə səbəbi açıqlanmayıb.

Yaxınları onun müəmmalı ölümünün araşdırılmasını tələb edirlər.

Faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda araşdırma aparıldığı, cinayət işinin açıldığı deyilir

Onun 5 ayın əsgəri olduğu deyilir.

Rəsmi qurumlar hadisə ilə bağlı açıqlama verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir