Ölkə

DTX 4 nəfəri dövlətə xəyanət ittihamı ilə həbs edib, biri hərbçidir

Məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunmuşlar. Onlardan Vüsal Ağayev hərbçidir.

DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə Respublikası ərazisində ələ keçirilərək Azərbaycan Respublikasına gətiriliblər.

Onların konkret olaraq nələr etdiyi və kimlikləri barədə ətraflı məlumat hələlik yoxdur. Nə özləri, nə də ailələrinin bu ittihamlarla bağlı mövqeyi də açıqlanmayıb.

Dövlətə xəyanət etməkdə ittiham olunanlar həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir