ÖlkəSiyasət

DTX-nın Balakəndə əməliyyat keçirdiyi, İcra başçısının saxlanıldığı deyilir

Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyi bildirilir. Əməliyyatın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirildiyi deyilir.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirildiyi deyilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Prezident İlham Əliyevin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

YAP üzvü olan 60 yaşlı icra başçısı 14 ildir ki, Balakən rayonuna rəhbərlik edir.

Ailəlidir, 3 övladı var. Qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir.

Azərbaycan hakimiyyəti son illərdə dəfələrlə icra başçılarına qarşı adını anti-korrupsiya əməliyyatı qoyduğu əməliyyat keçirib. Bəzi icra başçıları bir neçə illik həbs edilib, bəziləri saxlanılıb buraxılıb, bəziləri bir neçə il atdıqdan sonra sərbəst buraxılıb, bəziləri də ev dustaqlığındadır. Bir çox müstəqil ekspertlər bunu DTX-nın imicinin yüksəldilməsi, bəziləri də “estetik islahatlar” adlandırırlar. İqtidar isə korrupsiya ilə mübarizə aparıldığını bəyan edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir