Ölkə

Bakıda SSRİ bayrağı qaldıranların saxlandığı bildirilir

Bakıda keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və Azərbaycan SSR bayrağı qaldıran şəxslərin saxlandığı, barələrində cinayət işinin açıldığı bildirilir.

Bununla bağlı yerli saytlar məlumat yayıblar. Məlumatda həmin şəxsləri Daxili İşlər Nazirliyinin saxladığı qeyd olunur.

Vurğulanır ki, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.

Saxlandığı bildirilən şəxslərdən və ya onların yaxınlarından məsələyə münasibət almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin özü də bu məlumatları nə rəsmi təsdiq edib, nə də təkzib.

Bununla belə, qanunvericilik səviyyəsində Azərbaycanda kommunizmin və SSRİ simvollarının təbliği qadağan edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir