Jurnalist Əfqan Sadıqova 14 sutka həbs verilib
Azərbaycanlı jurnalistə Gürcüstanda həbs cəzası verildi
Məhkəmədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi iddia edib ki, Ə.Sadıqov şəhər mərkəzində etiraz aksiyasında iştirakı zamanı yolu bağlayıb. O bildirib ki, polis onun və digər iştirakçıların yolu boşaltmasını əmr etsə də, onlar əmrə tabe olmayıblar.
Ə.Sadıqov etiraz aksiyasına çıxmasını müdafiə edib: “Mən hüquqları pozulan gürcü xalqının tərəfdarıyam. İvanişvili diktaturanı dəstəkləyir, mən isə xalqı”.
O, hakimə bildirib ki, hər gün parlament binasının qarşısında keçirilən etiraz aksiyasına gedib: “Əlavə edəcəyim heç nə yoxdur, buradan çıxan kimi yenə mitinqə gedəcəyəm…”.
