ÖlkəSosial

Azərbaycanda karantin rejimi uzadıldı: quru sərhədləri bağlı qalır

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Qərara əsasən, karantin rejimi 2026-cı il 1 iyul tarixinədək qüvvədə olacaq.

Nazirlər Kabinetinin qərarına görə, ölkənin quru sərhədləri bağlı qalmaqda davam edir. Beləliklə, Azərbaycan vətəndaşlarının və xarici ölkə vətəndaşlarının quru sərhəd keçid məntəqələrindən sərbəst gediş-gəlişi hələlik mümkün deyil.

Xatırladaq ki, Azərbaycan quru sərhədlərini pandemiya dövründə bağlamışdı. 2020-ci ilin 24 mart tarixindən tətbiq edilən məhdudiyyətlər 16 mart 2026-cı il tarixinə qədər artıq 2183 gündür qüvvədə qalır.

Yeni qərarla sərhədlərin bağlı qalma müddəti təxminən 2290 günə çatacaq.

Son qərarla quru sərhədlərinin açılması ilə bağlı gözləntilər yenə də ertələnmiş oldu. Hələlik ölkəyə giriş və çıxış əsasən hava nəqliyyatı vasitəsilə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir