ÖlkəSiyasət

Azərbaycanda siyasi məhbusların yeni siyahısı açıqlanıb: 340 nəfər

Azərbaycan Siyasi Məhbuslarının Azadlığı Uğrunda” İttifaq ölkədəki siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıda 340 nəfərin adı yer alır. Bu, əvvəlki siyahıya (392 nəfər) nisbətən azalmadır.

Yeni siyahının tərtibində qeyd olunur ki, son dövrdə həyata keçirilən əfv sərəncamları və cəza müddətlərinin başa çatması nəticəsində bir sıra məhbuslar azadlığa buraxılıb.

Siyahı 12 kateqoriyaya bölünüb və jurnalistlər, hüquq müdafiəçiləri, müxalifət fəalları, dini qruplar və “İmişli” və “Gəncə” işləri üzrə həbs olunanlar daxil olmaqla müxtəlif qruplardan şəxsləri əhatə edir.

Hazırkı siyahı Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar barədə tərifi meyarları əsasında hazırlanıb; Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların mövcudluğunu inkar edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir