İqtisadiyyatÖlkə

Azərbaycanda onlayn cərimə ödənişi zamanı komissiya tutulacaq

Azərbaycan bankları onlayn cərimə ödənişi zamanı vətəndaşlardan komissiya tutmağa başlayıb.

Cərimədən tutulan komissiya məbləği 0.40 AZN təşkil edir.

Məsələ ilə bağlı “Kapital Bank”dan bildirilib ki, 01.11.2025-ci il tarixindən etibarən, cərimə ödənişlərini təmin edən provayderin (xidmət təminatçısının) tələblərinə əsasən, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur.

Qeyd olunur ki, yeni qaydalara əsasən, cərimə məbləğindən asılı olmayaraq, ödəniş zamanı 0.40 qəpik komissiya haqqı tutulur.

Komissiya məbləği ödəniş zamanı avtomatik olaraq cərimə məbləği ilə birlikdə hesablanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir