Azərbaycan ordusunun əsgəri naməlum səbəbdən vəfat edib
Azərbaycan Ordusunun əsgəri hərbi hissədə naməlum səbəbdən vəfat edib.
Yevlax rayonunda yerləşən hərbi hissədə əsgər Xətai Fərahim oğlu Məmmədovun meyiti idman meydançasında aşkarlanıb.
2006-cı il təvəllüdlü əsgər iki ay sonra tərxis olunacaqdı. Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
