Azərbaycan hərbçisi yol qəzasında həlak oldu
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycan ordusunun daha bir hərbçisi həlak olub.
Belə ki, qəza nəticəsində 2003-cü il təvəllüdlü Səbuhi Sahib oğlu Əliyev həyatını itirib.
S.Əliyev MAXE idi və işğaldan azad olunmuş ərazilərdə xidmət edirdi.
Hərbçi bu gün Qazax rayonu Qaymaqlı kəndində torpağa tapşırılıb.
