AXCP üzvü Əlixan Rəcəbli narkotik ittihamı ilə həbs edilib
Nə baş verib: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon şöbəsinin üzvü Əlixan Rəcəblinin saxlanıldığı və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Detallar: AXCP-nin “Toplum TV”yə verdiyi məlumata görə, Ə. Rəcəbli 7 yanvar tarixində Masallı Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
İttiham nədən ibarətdir: Məlumata əsasən, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan narkotik və ya psixotrop maddələri xeyli miqdarda qanunsuz əldə etmə/saxlama/daşıma və s.) ilə təqsirləndirilir.
Nə deyirlər: AXCP üzvləri ittihamı yalan sayır və fəalın sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə hədəf alındığını bildirirlər.
Kontekst: Yazıda qeyd olunur ki, AXCP sədri Əli Kərimli də daxil olmaqla partiyanın 20-yə yaxın üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir.
