ÖlkəSiyasət

AXCP Nəzarət Təftiş Komissiyasının sədrinin saxlanıldığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Murad Sultanla dünən, dekabrın 16-sı günortadan əlaqə saxlamaq mümkün olmur.

Bu barədə məlumat yayan həmin partiyadan vurğulandığına görə, “belə hallarda şəxslərin hansısa strukturun əlində olduğu sonradan bəlli olur”.

Məlumata Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-yə qədər fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri “əsassız” adlandırırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir