Ata Abdullayev azadlığa buraxıldı
Həbsdə olan, özünü bloger kimi təqdim edən Ata Abdullayev azadlığa çıxıb.
Ölkə başçısı İlham Əliyevin amnistiya sərəncamından yararlanaraq o, Xəzər Rayon Məhkəməsi tərəfindən cəzasının qalan hissəsindən azad edilib.
A.Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdi.
