AraşdırmaÖlkə

Adnan Əhmədzadənin yoldaşının taxdığı yarım milyonluq boyunbağı

Ötən həftə SOCAR-ın rəhbər vəzifələrində çalışmış, neft maqnatı Adnan Əhmədzadə barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçdi. DTX-nın apardığı cinayət işi çərçivəsində A.Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Adnan Əhmədzadə istər Azərbaycan, istərsə də xarici mediada bahalı və lüks həyat tərzi ilə tanınır. O və həyat yoldaşı Gülsəfa Cəfərovanın sosial media hesablarında mütəmadi şəkildə zəngin həyat yaşamaları ilə əlaqədar video və foto materiallar özləri tərəfindən tirajlanırdı.

Adnan Əhmədzadənin həbsindən sonra həyat yoldaşı sosial mediada onunla birlikdə olan bütün materialları sildi. Lakin bəzi fotolar digər istifadəçilərin hesabında mövcuddur. Meydan TV bu fotolardan birini araşdırıb və məlum olub ki, Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərovanın taxdığı boyunbağı 18 karatlıq olub, “Bulgari Serpenti Diamond” kolleksiyasına məxsusdur. Qiyməti isə 490 min ABŞ dollarıdır.

A.Əhmədzadənin Azərbaycan, Türkiyə, Malta, İngiltərə, Dubay və Luksemburqda bir neçə şirkəti mövcuddur. Şirkətlərin böyük əksəriyyəti neft-qaz sektoru ilə əlaqədardır.

Araşdırmaçı jurnalistlər Adnan Əhmədzadə və ailəsinin sərvətinin Azərbaycan neftindən əldə olunan qeyri-qanuni gəlirlər sayəsində əldə etdiyini bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir