Ölkə

ABŞ immiqrant vizalarını dayandırır, siyahıda Azərbaycan da var

ABŞ 75 ölkə üzrə immiqrant vizaların verilməsini dayandırır. Siyahıda Azərbaycan da var.

Qərar “ictimai yardım asılılığı” (public charge) riski daşıdığı hesab edilən müraciətçilərin yoxlamalarının sərtləşdirilməsi məqsədi daşıyır.

Konsulluq əməkdaşlarına mövcud qanunvericilik çərçivəsində vizaların rədd edilməsi və eyni zamanda şəxsin, sənədin və ya müraciətin etibarlılığının və risklərinin dərin və çoxmərhələli yoxlanılması və prosedurları yenidən qiymətləndirilənədək immiqrant vizanın dayandırılması tapşırılıb.

Vizanın dayandırılması 21 yanvardan qüvvəyə minəcək və Dövlət Departamenti immiqrasiya prosedurlarını yenidən qiymətləndirənədək müddətsiz davam edəcək.

Yeni yanaşma çərçivəsində müraciətçilərin sağlamlıq vəziyyəti, yaşı, ingilis dili biliyi, maliyyə imkanları və uzunmüddətli tibbi xidmətə ehtiyac ehtimalı nəzərə alınacaq. Keçmişdə dövlət pul yardımı alanlar və ya sosial müəssisələrdə yerləşdirilmiş şəxslərin viza müraciəti rədd ediləcək.

Siyahıda Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir