Ölkə

“Lake Hotel”in 4 əməkdaşı elektrik vurması nəticəsində həyatını itirib

Bu gün, noyabrın 21-də Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in 4 əməkdaşı elektrik vurması nəticəsində həyatını itirib.

Əməkdaşların daşıdığı dəmir nərdivan yüksək gərginlikli elektrik naqillərinə toxunub. Hadisə nəticəsində cərəyan dörd nəfəri vurub və onlar hadisə yerində ölüblər.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in işçiləri 28 yaşlı Cavidan Muradlı, 20 yaşlı Emil Quliyev, 19 yaşlı Eltac Əliyev və 18 yaşlı Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

“Azərişıq” ASC-dən bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib:

“Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir